“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Muxtar Respublika təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb. Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.